Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın turizm şirkətlərinin təmsilçiləri Amerika işgüzar təcrübələr proqramı (SABİT) tərəfindən təşkil olunmuş treninq proqramında iştirak edirlər.
   
   Ölkəmizi bu tədbirdə «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev və «Viktori Tour» turizm şirkətinin rəhbəri Vüsal Hacıyev təmsil edir.
   SABİT proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur. Proqramın əsas iki məqsədi var. Birincisi, bu proqram Avrasiya materiki ölkələrində Birləşmiş Ştatların mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına yardım etmək üçün həyata keçirilir. Digər tərəfdən isə, Amerikada fəaliyyət göstərən turizm şirkətləri SABİT proqramının köməyi ilə bu regionun ölkələrində bazar iqtisadiyyatı normalarının bərqərar olmasında yaxından iştirak edir, həmin ölkələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq edirlər.
   Hazırda Vaşinqtonda olan Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, 4 həftəlik təcrübə proqramında turizm şirkətlərinin təmsilçiləri idarəetmə və maliyyələşdirmənin Qərb konsepsiyaları ilə tanış olur, Birləşmiş Ştatların aparıcı turizm mütəxəssislərindən bu sahədə məsləhətlər alırlar: «Burada ABŞ-ın tanınmış turizm təşkilatlarında çoxsaylı görüşlərimiz davam edir. İlk 10 gün ərzində treninqləri Amerikanın Səyahət və Turizm Nazirliyində, ABŞ Turizm Assosiasiyasında, Gənclər və Tələbələr Turizm Assosiasiyasında, Vaşinqton Peşəkar Bələdçilər Gildiyasında, Milli Parkların Təbiətinin Qorunması Assosiasiyasında, Macəra Turizmi Assosiasiyasında keçdik. Treninqlərin sonrakı günlərdə Arizona ştatının Turizm İttifaqında, Şimali Arizona Universitetinin Elm və Resurs Mərkəzində davam etdirilməsi nəzərdə tutulur».
   Qeyd edək ki, treninqlər martın 3-də yekunlaşacaq.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar