Lənkəran Dövlət Dram Teatrının truppası “Haqqın 44 günü” tamaşası ilə Biləsuvarda səfərdə olub. Biləsuvar RMİ Biləsuvar rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Lənkəran teatrının direktoru Tofiq Heydərov çıxış edərək kollektivin “Şuşa İli” çərçivəsində bir sıra layihələr üzərində çalışdığını bildirib, təqdim olunan tamaşa haqqında məlumat verib.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu səhnə əsərini rayonun idarə və müəssislərinin rəhbərləri, ictimaiyyət nümayəndələri və qazilər izləyiblər.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa ediblər.
Nurəddin