Noyabrın 28-29-da Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi rus yazıçısı Lev Tolstoyun “Kreyser sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək.

Teatrdan bildirilib ki, tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa İli”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.

Qeyd edək ki, iki il öncə hazırlanan tamaşaya rejissorlar Levan Tsuladze və Temo Kuprava quruluş veriblər. Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.