“Fairmont Baku” hotelinin baş meneceri Adrian Ellis və icraedici inzibati köməkçi Aygün Ağayeva Azərbaycan Turizm İnstitutunun qonağı olublar. ATİ Məzunlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən görüş-təqdimatda ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, yaranmasından keçən 6 ildə qazandığı uğurlardan danışıb. Tələbələrin turizm sənayesinin inkişaf etdiyi ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı qazandıqlarını diqqətə çatdırıb.
   Adrian Ellis özünün iş təcrübəsindən və “Fairmont” şirkətinin tarixindən danışıb. Şirkət 1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində fəaliyyətə başlayıb. İndi dünyanın müxtəlif nöqtələrində - ümumilikdə 65 müxtəlif ünvanda “Fairmont” hotelləri fəaliyyət göstərir.
   Qonaq bildirib ki, “Fairmont Baku” hoteli ilk müştərilərini bu ilin avqustunda qəbul edəcək. “Rəhbərlik inkişaf proqramı” layihəsi çərçivəsində burada üç nəfər məzun 18 aylıq praktiki təhsil alacaq. Hotel tələbələrə istehsalat təcrübəsi keçmək imkanı da yaradır.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar