Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyinə həsr olunmuş “Musiqi naminə həyat” adlı konsert keçirilib.

Konsert proqramı Bakıdakı Rus Evi – Rusiya İnformasiya Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və BMA-nın dəstəyi ilə “Stolitsa” RT teatrının direktoru, “Bakı” Müəllif Mahnıları Klubunun vitse-prezidenti Vəfa Qavrilova-Məmmədova tərəfindən təşkil olunub.

Konsert proqramında beynəlxalq müsabiqələr və festivallar laureatları – Əminə Zülfüqarova, Nigar Həsənova, Mahir Tağızadə, Əzizə Ağazadə, Adil Axundov, Cəmalə Abdinzadə, Nailə Xasiyeva, Fəqan Həsənli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Samir Səmədov, Fatimə Xələfova, Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Aleksey Miltıx, Sahib Paşazadə, Nərgiz Əliyeva, “Sabah” xoru (bədii rəhbər və dirijor Dmitri Babayev) iştirak ediblər.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov konsertin iştirakçısı olan musiqiçilərə təşəkkür edib.

Sonda Fikrət Əmirovun qızı Sevil xanım konsertin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.