“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Təhlükəsiz zona” adlı qrup sərgisi keçiriləcək. Noyabrın 10-da açılacaq sərgi 2023-cü il fevralın 5-dək davam edəcək.
Sərgi “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” adlı konsepsiya əsasında yaradılıb. Ekspozisiyada gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev və Maksim Tatarintsevin əsərləri nümayiş olunacaq.
Sərgiyə giriş sərbəstdir.