Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid əsgər və zabitlərimizin xatirəsi ehtiramla anılıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və universitetin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərdə gənclərin rolundan bəhs ediblər.

Vətən müharibəsi iştirakçıları Tural Abdullayev, Coşqun Şəfiyev, Vətən Süleymanov və Xəyyam Fərzəliyev keçdikləri döyüş yolları ilə bağlı xatirələrini danışıblar.

Sonra 44 günün qəhrəmanları tələbələrin suallarını cavablandırıblar.