Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən noyabrın 29-da saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 25 noyabr tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (077-714-71-47) müraciət etməklə qəbula yazıla bilərlər.

N.Məmmədli