Azərbaycan Turizm Assosiasiyası (AZTA) may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı yarışmasının rəsmi tərəfdaşı seçilib. Bu barədə məlumat verən qurumun İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, AZTA müsabiqə günlərində qonaqların yerləşdirilməsi, onlar üçün müxtəlif turların və ekskursiyaların təşkili məsələlərini həll edəcək.
   Nahid Bağırov onu da bildirib ki, bu vaxta qədər Azərbaycanın turizm şirkətləri 3 mindən artıq xarici turistdən «Eurovision» zamanı Bakıya gəlmək barədə müraciət alıb: «Nəzərinizə çatdırım ki, rəqəmlər saatbasaat dəyişir. Hazırda 11 min nəfər xarici qonağı Bakıdakı hotellərdə yerləşdirmək imkanımız var. Nəzərə alsaq ki gələn qonaqların əksəriyyətini gənclər təşkil edəcək, onların da maddi durumuna uyğun olaraq alternativ yerləşdirmə variantlarımız var».
   Assosiasiya sədri bildirib ki, artıq martın 1-dən yarışmanın rəsmi qonaqları üçün Bakı hotellərində onlayn bronlaşma başlayıb.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar