Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Noyabrın 3-də keçirilən “Zəfər bayramı” adlı tədbirdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagird heyəti, kitabxananın əməkdaşları iştirak ediblər.

Bayram tədbirində Azərbaycanın yeni tarixinə şanlı salnamə kimi yazılmış 2020-ci ilin Vətən müharibəsi, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın, xüsusilə də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi barədə qürurla söz açılıb.

Şagirdlərin ifasında Zəfər Gününə, Vətənə, Qarabağın tarixi ilə bağlı şeirlər, mahnılar səslənib, rəqslər, səhnəciklər nümayiş olunub.

Kitabxanada hazırlanan “Zəfər bayramı”, “Azad Şuşam” adlı kitab sərgilərinə baxış keçirilib.