Fransanın Azərbaycandakı səfirliyinin fransız dilinin tədrisi üzrə məsul şəxsi Azelma Həsənova, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini və universitetlərarası əməkdaşlıq üzrə məsul şəxs Dmitri Balitski Azərbaycan Turizm İnstitutunun qonağı olublar.
   
   Görüşdə səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini Bakıda Fransa İnstitutunun fəaliyyəti barədə məlumat verib, ATİ-nin müəllim və tələbələrinə həmin institut haqqında broşurlar təqdim edib. Onun sözlərinə görə, ATİ-də fransız dili kursları tədris olunur və Bakıda bu ilin may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə fransızdilli turistlərin gəlişi üçün bələdçi-tərcüməçilərin hazırlanması prosesi bu institutda həyata keçirilə bilər. Öz növbəsində ATİ-nin dekanı Nəsrulla Nəsirli institutun tələbələri üçün Fransanın ali məktəblərində turizmin müxtəlif sahələri üzrə təhsilin təşkilinin arzuedilən olduğunu deyib.
   
   * * *
   Martın 5-də Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Azərbaycan Turizm İnstitutunda olub. Rektor Cəfər Cəfərov qonağa institutun fəaliyyəti, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor Şimali Afrikanın ekzotik mənzərəsinin ünvanı sayılan Mərakeşin dünyada yay və qış turizm diyarı kimi məşhur olduğunu bildirib.
   Səfir H.Hami Mərakeş dövlət universitetlərinin təhsil sahəsində ATİ ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, ATİ-nin turizm sənayesi üçün kadr hazırlığı sahəsində ixtisaslaşdığını, Mərakeş universitetləri ilə etibarlı tərəfdaş ola biləcəyinə inandığını diqqətə çatdırıb.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar