Martın 2-dən 4-dək Litvanın paytaxtı Vilnüsdə “Vivattur-2012” Beynəlxalq turizm, idman və asudə vaxt sərgisi keçirilib.
   
   “Litexpo” sərgi mərkəzində təşkil olunan tədbirdə dünyanın 17 ölkəsindən (Xorvatiya, Çexiya, Estoniya, Latviya, Polşa, Türkiyə, BƏƏ, İndoneziya, İsrail və s.) 192 turizm şirkəti təmsil olunub. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Burada ölkəmizin turizm potensialının təqdim olunması məqsədilə 25 kvadratmetrlik sahə icarəyə götürülüb. Azərbaycan stendi sərgi iştirakçılarına və ziyarətçilərə təqdim etmək üçün ingilis və rus dillərində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
   “Visus Plenus” şirkəti tərəfindən təşkil olunan sərginin təntənəli açılış mərasimində Litvanın iqtisadiyyat nazirinin müavini Dalmantas Latinskas, Dövlət Turizm Departamentinin direktoru Raymonda Balnene iştirak ediblər. Qeyd olunub ki, “Vivattur” sərgisi hər ötən il daha çox iştirakçı və qonaq cəlb edir. Turizm və fəal idmanla maraqlanan, Litva və digər ölkələrdə maraqlı vaxt keçirmək istəyən insanların sərgiyə marağı durmadan artır.
   Açılış mərasimində Litvada akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri, o cümlədən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak ediblər.
   Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ikinci dəfədir ki, “Vivattur” sərgisində iştirak edir. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevadan aldığımız məlumata görə, sərginin ilk günlərindən ölkəmizin stendinə geniş ziyarətçi marağı hiss olunub. Sərgiyə gələnlər Azərbaycanın görməli yerləri, hotelləri və turizm obyektləri ilə tanış olurlar. Litva mətbuatı artıq həm də “Eurovision” ölkəsi kimi tanınan Azərbaycanın turizm potensialına və mədəni dünyasına yaxından maraq göstərir.
   Azərbaycan Respublikasının stendinə ölkəmizin Litvadakı səfiri Həsən Məmmədzadə də baş çəkib. Səfir Litvada Azərbaycana çox böyük marağın olduğunu, iki ölkə arasında mədəni əlaqələrin uğurla inkişaf etdiyini, turizm sahəsində əməkdaşlıq üçün də geniş potensial olduğunu vurğulayıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar