Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində turizm sektorunda çalışan şəxslər üçün 10 günlük təlim-tədris kursları təşkil edilib. Martın 10-da Azərbaycan Turizm İnstitutunda (ATİ) kursların dinləyicilərinə sertifikatların təqdimetmə mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov ölkəmizdə turizmin müasir tələblər səviyyəsində inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirdi. Qeyd olundu ki, ATİ də bu istiqamətdə fəaliyyətini genişləndirir, institutun təlim mərkəzində təşkil olunan kurslar da bunun nümunəsidir: “Buraya bələdçi, turagent, turoperator, FB (yemək-içmək) və digər kurslar daxildir. Martın 1-dən 10-dək ATİ-də keçirilmiş təlim-tədris kurslarında mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməlik üzrə dərsləri əsasən Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər”.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidmətləri üzrə təlim-tədris kurslarının təşkilinin əhəmiyyətini vurğuladı: “Kurslar uğurlu nəticələr verdi. Eyni zamanda 2012-ci ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq Bakı şəhərinin mehmanxana sistemində çalışan əməkdaşlar üçün 10 günlük hotel menecmenti, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə təlim-tədris kursları təşkil edildi. Kurslarda 30 mehmanxanadan 120 nəfər iştirak edib”.
   Şöbə müdiri ümidvar olduğunu bildirdi ki, bu istiqamətdə təşkil olunan treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.
   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtıma müşaviri Seyit Ahmet Arslan ölkəsinin turizm sahəsində təcrübəsindən danışdı: “Türkiyədə turizm 1970-ci illərdən inkişaf etməyə başlayıb. Hazırda turizmin inkişafına görə dünyada 7-ci yerdəyik. Turizm və mədəniyyət sahəsində əldə etdiyimiz təcrübələri qardaş Azərbaycanla bölüşməkdən məmnunluq duyuram. Bu istiqamətdə Azərbaycana uğurlar diləyirəm».
   Sonra kursu bitirənlərə sertifikatlar təqdim olundu.
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar