Sərgilər mövsümünü 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açacaq
   
   Azərbaycanda “İteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. Şirkətin AİTF sərgisi üzrə layihə rəhbəri Xəyal Əliyevanın qəzetimizə verdiyi məlumata görə, il ərzində ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfransın təşkili nəzərdə tutulub.
   
   Bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir: “Dünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzv olmağımız isə bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir. İri sənaye sərgiləri həmçinin beynəlxalq strukturlar tərəfindən dəstəklənir».
   X.Əliyevanın sözlərinə görə, 2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edir. Onların arasında “Azerfon-Vodafone” (rabitə), “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Caspel” şirkəti (texniki dəstək), “Hilton Baku” və “Qafqaz Point” hotelləri (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” (turizm operatoru) var. Bütün sərgilər “Bakı Ekspo” mərkəzində keçiriləcək.
   Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi - aprelin 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) açacaq. Sərgidə 60-dan çox turizm istiqaməti üzrə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir. Ötən iki ildə olduğu kimi, Türkiyə bu il də sərginin tərəfdaşı olacaq. Bundan əlavə, ilk dəfə olaraq Bolqarıstan sərgidə qonaq-ölkə statusunda iştirak edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcəklər. Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. Sərgidə iştirak edən yerli şirkətlərin arasında öz fəaliyyətinə bu yaxınlarda başlamış hotel və mehmanxanalar da olacaq. “SW Travel” (Azərbaycan) şirkəti qeydiyyat masasının sponsoru qismində çıxış edir.
   AİTF sərgisi ilə bir meydançada yerləşəcək 6-cı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex-2012”) sərgisində isə Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın hotel sənayesinin “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi Spa” və s. məşhur şirkətlərinin məhsulları təqdim olunacaq. Ekspozisiyanı mehmanxanalar, restoranlar və hotellər üçün peşəkar mətbəx və camaşırxana avadanlıqları, məişət kimyası, parçalar və eksklüziv qablar, mehmanxanalar üçün internet vasitəsilə bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və bir sıra digər xidmətlər təşkil edəcək.
   May ayının 15-dən 17-dək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi - “WorldFood Azerbaijan” artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distributorların liderlərini öz meydançasında toplayacaq. Bu il Azərbaycan, Belçika, Çexiya, Hindistan, Norveç, Rusiya, Türkiyə, Qazaxıstan və Misirdən olan şirkət və təşkilatlar öz məhsullarını nümayiş etdirəcəklər. “WorldFood Azerbaijan” sərgisi ilə eyni zamanda 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Agrihort Azerbaijan 2012” sərgisi və 2-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk - “Plastex Caspian” sərgisi keçiriləcək. Bundan əlavə, həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisinin də debütü olacaq.
   İxtisaslaşdırılmış sərgilərin bir arada keçirilməsi iştirakçılara müxtəlif sahələrin mütəxəssisləri ilə işgüzar ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq üçün əlverişli mühit yaradacaq.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar