Azərbaycanda potensial inkişaf imkanları olan turizm növlərindən biri də ekoturizmdir. Lakin bu sahənin inkişaf etdirilməsi üçün mütəxəssislərin hazırlanmasına ehtiyac var.
   
   BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı Layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətovun fikrincə, milli parklarda turist gəzintiləri üçün xüsusi bələdçilər hazırlanmalıdır: “Onlar yerli təbii şəraiti yaxşı bilməlidirlər”.
   Həmsöhbətimizin fikrincə, Azərbaycana turistlər daha çox Gürcüstan, Rusiya, Türkiyə və İrandan gəldiyi üçün sərhəd turizminin inkişafı da əhəmiyyət kəsb edir. Bunun üçün isə sərhəd rayonlarında infrastrukturun daha da təkmilləşdirilməsi zəruridir: “Azərbaycana gələnlər daha çox müxtəlif rayonlarda olan milli parklara, qoruqlara səyahət edir, heyvanat aləmini seyr edirlər. Bu turistlərlə işləmək üçün yerlərdə müvafiq xarici dilləri bilən personala ehtiyac var”.
   F.Qürbətovun sözlərinə görə, Azərbaycana gələn turistlərin əsas xərcləri hotel və yemək xərclərinə sərf olunur. Turistlərin digər əlavə xərcləri isə onların hər biri üçün fərqli olur: «Bəzi turistlər istəyirlər ki, bahalı restoranların xidmətindən istifadə etsinlər. Digərləri kənd yerlərində yaşayışı seçirlər. Onlar pullarını əsas səyahətə xərcləyirlər. Bunun üçün maşın icarəyə götürür, gid-bələdçi tuturlar”.
   Novruz bayramında Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edən həmsöhbətim bu sırada İrandan gələn turistlərin çoxluq təşkil etdiyini bildirdi: “Bunu nəzərə alaraq, sərhəd rayonlarda bayram ərəfəsində xüsusi proqramların hazırlanması, bu bölgələrdə qonşu ölkələrin spesifikasına uyğun xidmət sahəsini genişləndirmək yaxşı olardı”.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar