Martın 21-dən 24-dək Moskvada Beynəlxalq “MİTT-2012” turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 80 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlər, CD-lər və digər reklam vasitələri ilə təqdim olunacaq. Sərgidə nazirliyin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin təmsilçiləri iştirak edəcəklər. Novruz bayramı ərəfəsinə təsadüf edən sərgidə ziyarətçilərə ölkəmizdə təşkil edilən “Novruz” turları haqqında məlumatlar veriləcək və onlar bayram şirniyyatlarına qonaq ediləcəklər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar