Azərbaycan Turizm İnstitutunda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş keçirilib. ATİ-nin rektoru Cəfər Cəfərov qonaqlara institutun fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib.
Almaniyalı qonaqlar adından çıxış edən GİZ-in əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold təmsil etdiyi qurumun peşə təhsili sahəsində fəaliyyətindən söz açıb. Səfərin məqsədindən danışan qonaq ATİ-nin nəzdində fəaliyyətə başlayan Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti, Azərbaycanın turizm potensiallı regionlarında bu sahə üzrə kadr tələbatı dinamikasına dair məlumatları toplamaq niyyətində olduğunu deyib. Görüşdə ATİ və GİZ arasında əməkdaşlıq yolları müzakirə olunub.
* * *
ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Corc Brendon Şervud və iqtisadi və siyasi işlər sahəsində tədqiqatçı Coşua Bartlet də Turizm İnstitutunun qonağı olublar. Görüşdə ATİ-nin prorektoru Eldar Aslanov təhsil ocağı barədə qonaqlara məlumat verib, ATİ-nin nəzdində turizm peşə təmayüllü 5 məktəbin fəaliyyətə başlamasının gündəmdə olduğunu diqqətə çatdırıb. Söhbət əsnasında marketinq strategiyasının qurulmasına ehtiyac duyulduğu xüsusi qeyd olunub.
ABŞ səfirliyinin nümayəndələri Azərbaycanın turizm sektorunun inkişafında ATİ-nin rolu ilə maraqlandıqlarını vurğulayıblar. Görüş iştirakçıları ATİ ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında mümkün əməkdaşlığı və turizm sektorunun konkret sahələrinin inkişafına təkan verəcək təkliflər paketinin icra mexanizmini müzakirə ediblər.
Fəxriyyə Abdullayeva