Oktyabrın 15-də dünyasını dəyişən ustad jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov (1951-2022) həsr olunmuş “Ustadlıq missiyası” kitabı çapdan çıxıb.

Kitaba mərhum jurnalist haqqında tanınmış ziyalılar və həmkarlarının son illər ayrı-ayrı mətbuat səhifələrində dərc etdirdiyi yazılar toplanıb.

Kitabın ön sözündə qeyd olunur ki, Azərbaycan jurnalistikasının yüksək mərtəbələrinə yüksələn Şakir Yaqubovun əziz və işıqlı xatirəsi, mətbuatdakı ustadlıq missiyası hər zaman ürəklərdə yaşayacaq və ona əbədiyyət ünvanı qazandıracaq.

Nəşrin tərtibçiləri jurnalistlər Müsəllim Həsənov, Elşən Əliyev və Süleyman Qaradağlıdır.