Azərbaycan

 

23 noyabr 1923 – Yazıçı, şair, jurnalist Əmrah Bala oğlu Əmrahov (1923–1988) Bakının Kürdəxanı kəndində anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.

23 noyabr 1927 – Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov (1927– 2017) Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayıb, SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru işləyib. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü olub.

23 noyabr 1936 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev (1936 – 10.6.2020) Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.

23 noyabr 1937 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (1937 – 3.11.1997) Gəncə şəhərində anadan olub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.

23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) müəllifidir. Azərbaycan EA-nın akademiki olub.

23 noyabr 1999 – Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktrisası Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 – 1999) vəfat edib. “Səbuhi”, “Arşın mal alan” (1945), “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib.

 

24 noyabr 1906 – Ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.

24 noyabr 1922 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (1922 – 2.12.2002) Tiflisdə doğulub. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

24 noyabr 1924 – Rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 – 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.

24 noyabr 1934 – Azərbaycan Dövlət Teatr Muzeyinin açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov direktor təyin olunmuşdu.

24 noyabr 2001 – Əməkdar incəsənət xadimi, aktyor, sirk ustası Siyavuş Məmməd oğlu Şəfiyev (1.9.1937 – 2001) vəfat edib. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

 

25 noyabr 1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və  digər  teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki nəfər” və s. filmlərdə çəkilib.

25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-1991) anadan olub.

25 noyabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Dairəni genişləndirin”, “Sən nə üçün yaşayırsan?”  pyeslərin və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.

25 noyabr 1935 – Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov (1935 – 17.11.2020) Ağdam rayonunun Əfətli kəndində anadan olub.

25 noyabr 1994 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (25.4.1914 – 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor işləyib, tamaşalara quruluş verib. Filmlərdə çəkilib.

 

Dünya

 

23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.

23 noyabr 1933 – Polyak bəstəkarı və dirijoru Kşiştof Pendereski (Krzysztof Penderecki; 1933 – 29.3.2020) anadan olub.

 

24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632–1677) anadan olub.

24 noyabr 1888 – Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey; 1888-1955) anadan olub.

24 noyabr 1934 – Görkəmli Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

 

25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio; 1562–1635) anadan olub.

25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889–1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.

Hazırladı: V.Orxan