Ölkəmizdə fəaliyyət göstərən 4 və 5 ulduzlu hotellərin baş menecerləri Azərbaycan Turizm İnstitutunun tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər. Mühazirələr Azərbaycan Turizm Assosiasiyası (AZTA) və ATİ-nin birgə layihəsi əsasında təşkil ediləcək.
   AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi də onu göstərir ki, qabaqcıl hotel rəhbərlərinin öz təcrübələrini tələbələrlə bölüşməsi gələcəkdə onların yetkin bir mütəxəssis kimi yetişməsində böyük rol oynayır: “Artıq 5 hotelin rəhbəri ilə danışıqlar aparılıb və onların razılığı alınıb. «Avropa», «Qafqaz Point», «Ambassador», «Anatoli» və «Deyzil» hotellərinin rəhbərləri təklifimizə müsbət yanaşdılar. Mühazirələr yaxın günlərdə başlayacaq».
   AZTA təmsilçisinin sözlərinə görə, layihə bir neçə mərhələdə reallaşdırılacaq. Hotellərin baş menecerlərindən əlavə, kadrlar şöbələrinin müdirləri də növbəti mərhələdə ATİ tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər: «Hotellərdə kadrlar şöbəsində treninqlərlə məşğul olan menecerlər var. Biz onları da bu işə cəlb etmək niyyətindəyik. Gələcəkdə ««Kempinski”, “Hilton”, “Mariott”, “For season”, “Feermond” və “Jumeirah” kimi brend hotellərin rəhbərlərinin də layihəyə cəlb olunması nəzərdə tutulur».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar