Böyük Britaniyanın Kembric Universitetinin digər dillərdə danışanlar üçün ingilis dili proqramının (English for speakers of other languages (ESOL) nümayəndəsi Kris Scott-Baret Azərbaycan Turizm İnstitutunun qonağı olub. İnstitutun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə tədris işləri üzrə prorektor Eldar Aslanov, beynəlxalq əlaqələr şöbəsi və ingilis dili kafedrasının əməkdaşları iştirak ediblər. Görüş zamanı qarşılıqlı əlaqələrin qurulması, bütün dünyada qəbul edilən Kembric ESOL-un Delta, CELTA və TKT kursları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 pilot məktəbində müştərək həyata keçirilən kurslar haqqında müzakirələr aparılıb. İngilis dili kafedrasının müdiri Əzizə Məmmədova belə layihələrin ali təhsil pilləsi müəllimləri üçün faydalı olduğunu vurğulayıb.
   Sonda qərara alınıb ki, Kembric ESOL-un iştirakı ilə ATİ-nin ingilis dili müəllimləri üçün təlimlər keçirilsin, ATİ əməkdaşları üçün İngiltərədə yay məktəbi təşkil olunsun.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar