Görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur, çeşidli layihələr həyata keçirilir.

Dahi musiqi xadiminin yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Fikrət Əmirov” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fikrət Əmirovun mükafatları” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/F.Emirov/index.html linkindən istifadə edə bilərlər.