Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində 2012-ci ildə Azərbaycanın «Əfsanələr paytaxtı» elan edilmiş Gədəbəydə ilk tədbir keçirilib. Rayon Mədəniyyət evinin müdiri Etibar Məmmədovun qəzetimizə verdiyi məlumata görə, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin yerləşdiyi binanın foyesində tarixi abidələrlə bağlı sərgi təşkil edilib. Sərgidə rayon ərazisində yerləşən tarixi abidələr ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısına uyğun olaraq inventar nömrələri ilə birlikdə nümayiş etdirilib.
   Arxeoloji, memarlıq və monumental abidələr silsiləsindən 300-ə qədər abidənin fotoşəklinin nümayiş etdirildiyi sərgi rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
   Tədbirdən sonra isə Gədəbəydə abidələrin tədqiqi ilə məşğul olan mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans keçirilib. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar