“Bunun üçün bizim hər cür imkanlarımız, gözəl ölkəmiz, gözəl iqlimimiz var”
   
   Aprelin 1-də Bakıda daha bir dünya markalı mehmanxana - beşulduzlu “JW Marriott Absheron” hoteli açılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
   
   ”Azadlıq” meydanında, köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni hotel dünya şöhrətli “Marriott International” şirkətinin ölkəmizdəki ilk brendidir. Hoteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapıb. Hoteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq var. Mehmanxananın üst mərtəbələrini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malik olacaqlar. İşgüzar görüşlər və konfransların keçirilməsi üçün hoteldə 13 iclas zalı var.
   Hotelin kollektivi ilə görüşən Prezident İlham Əliyev dünya şöhrətli “Marriott” hotellər şəbəkəsinin Azərbaycana gəlişini ölkəmizdə gedən inkişafın əlaməti kimi səciyyələndirib: “Bakıda beynəlxalq səviyyəli bu cür hotellərin tikilməsi ölkəmizdə turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Biz bütün sahələrdə investisiyaları alqışlayırıq və çox şadam ki, hazırda turizm sektoruna, hotelçilik sektoruna sərmayə qoyulur. Bu, artıq son bir il ərzində şəhərimizdə istifadəyə verilən dördüncü beşulduzlu hoteldir. Yaxın aylar ərzində Bakıda daha iki beşulduzlu hotel açılacaq. Bakı bu inkişafa layiqdir. Çünki Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Qədim Bakının gözəlliyi vardır və bu, bizim qürur mənbəyimizdir. Eyni zamanda gəncləşən, müasirləşən Bakı da dünya miqyasında artıq özünə yer tuta bilib.
   Ölkəmizin bölgələri də inkişaf edir. Bölgələrdə də beşulduzlu hotellər tikilir. Şahdağ Qış-Yay Xizək Mərkəzi bu ilin sonunda açılacaqdır. Bu da dünya miqyasında ən gözəl xizək kurortu olacaqdır. Hazırda orada da bir neçə beşulduzlu hotel tikilir. Gələcəkdə Azərbaycana turistlərin gəlişi nəticəsində ölkəmiz dünyanın turizm xəritəsində də öz yerini tapacaqdır. Bu gün bölgənin iqtisadi, siyasi mərkəzi Azərbaycandır. Bu gün qitənin enerji mərkəzi Azərbaycandır. Mən çox istəyirəm ki, Azərbaycan bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevrilsin. Bunun üçün bizim hər cür imkanlarımız, gözəl ölkəmiz, gözəl iqlimimiz var”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar