Aprelin 6-dan 8-dək Gürcüstan paytaxtı Tiflisdə keçirilən “Caucasus Tourism Fair 2012” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətə şöbənin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov və ölkəmizdə fəaliyyət göstərən “Geo Travel”, “Gilan Tourism”, “Ata Travel”, “Granit AS Travel”, “Millennium Tourism and Congress DMC” şirkətlərinin nümayəndələri daxil olub.
   Leyla Verdiyevanın sözlərinə görə, “Caucasus Tourism Fair 2012” sərgisi Mədəniyyət və Turizm Nazirliyinin bu il iştirak etdiyi sayca 11-ci beynəlxalq turizm sərgisidir. Azərbaycan Tiflis sərgisinə ikinci dəfə qatılır. Sərgidə ölkəmizin turizm potensialı 20 kv.m sahədə nümayiş olunub. Ziyarətçilərə ingilis dilində müxtəlif növ reklam-çap məhsulları təqdim olunub: “Tiflis sərgisində 200-ə yaxın xarici şirkət təmsil olunurdu. Yerli turizm qurumlarının və əhalinin Azərbaycan stendinə də böyük marağı vardı. Onları xüsusilə ölkəmizin istirahət mərkəzlərindəki qiymətlər maraqlandırırdı. Sərgidə iştirak edən turizm şirkətlərimiz gürcü şirkətləri ilə əməkdaşlıq müqavilələri imzaladılar».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar