Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şuşa İli”nə həsr olunmuş daha bir konsert keçirilib.
Noyabrın 24-də Fortepiano, orqan və klavesin kafedrası müəllimlərinin, həmçinin tələbə və məzunların iştirak etdiyi konsertdə Vasif Adıgözəlovun “Prelüd №1”, Arif Məlikovun “Komdenin arzuları”, Fikrət Əmirovun “Laylay”, “Barkarola”, Faiq Sücəddinovun “Vətən balladası”, Tofiq Quliyevin “Gölün yanında”, Aqşin Əlizadənin “Prelüd №1”, Asəf Zeynallının “Muğamsayağı” fantaziyası, Süleyman Ələsgərovun “Sözsüz mahnı”, Xəyal Tahirlinin köçürməsində “Qubanın ağ alması” fantaziyası ifa olunub.
Bundan əlavə, proqramda Georq Muffat, Astor Piazzolla, Kristof Villibald Qlyuk, Edvard Elqar, Maria Tereza Paradis və Yohann Sebastian Baxın əsərləri yer alıb.
BMA-nın tələbələri Nigar Məmmədova, Özcan Cabbari, Kənan Məmmədzadə, Nərmin Həsənli, Emil Hüseynov, Murad Kərimov, Ayşə Baxşəliyeva, Aysun Mahmudzadə, Hüseyn Rzayev, Nargilə Əliyeva, Ülkər İsmayılova, Məhəmmədəli Paşazadə, Zeyn Cəfərov, Fidan Rəşidova, Röya Əliyeva, Tərlan Feyzullayev, Aytel Məmmədova və Gülbacı Muradovanın çıxışları alqışlarla qarşılanıb.