Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Rayon Heydər Əliyev Mərkəzində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

Tədbirdə rayonun icra başçısı Ziyəddin Əliyev və Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov çıxış ediblər. Bildirilib ki, dövlət başçısı tərəfindən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq-quruculuq  işləri görülür, tarixi-mədəni abidələr bərpa olunur.

Bədii hissədə məktəblilərin və rayon incəsənət ustalarının hazırladığı ədəbi-bədii kompozisiya və konsert proqramı maraqla qarşılanıb.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbdə “Şuşa ilə Zəfər” adlı tədbir keçirilib. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab sərgisi nümayiş olunub.

Nurəddin