“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməlidir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, ölkə başçısının sentyabrın 29-da imzaladığı sərəncamla 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı