Aprelin 12-də “Baku Expo” mərkəzində açılan “AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Azərbaycan Respublikası ilə San Marino Respublikası arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və San Marinonun turizm, idman və iqtisadi planlaşdırma naziri Fabio Berardi imzaladı.
   Mərasimində çıxış edən nazir Əbülfəs Qarayev qeyd etdi ki, San Marino Avropanın kiçik ölkələrindən olsa da, eyni zamanda Avropanın bütün qurumlarında fəal rol oynayır. Bu ölkənin nümayəndələri beynəlxalq təşkilatlarda aparıcı mütəxəssislər kimi çıxış edirlər.
   Nazir San Marinonun geniş turizm potensialı olduğunu vurğuladı: “İtaliyaya səfər edən insanların demək olar ki, 50 faizi mütləq bu ölkəni ziyarət edir. San Marino öz dövlət quruluşu və ənənələri ilə tarixi bir ölkədir».
   San Marinonun turizm, idman və iqtisadi planlaşdırma naziri Fabio Berardi bildirdi ki, onun ölkəsi Azərbaycanla hər bir sahədə, xüsusilə turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Nazir turizm sahəsində əməkdaşlıq sənədini iki dövlət arasında əlaqələrdə yeni yolun açılması kimi qiymətləndirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar