Prezident İlham Əliyevin göstərişi ilə «Eurovision 2012» müsabiqəsində iştirak etmək üçün Azərbaycana gələnlərə viza hava limanında veriləcək. Bu barədə jurnalistlərə müsahibəsində bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, ölkəmizə gələn əcnəbilərə vizanın elektron qaydada verilməsi üçün müvafiq proqram hazırlanır: «Proqrama əsasən, Azərbaycana gələn turistlər vizaları 15 gün ərzində internet vasitəsilə əldə edəcəklər. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Düşünürəm ki, bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər».
   Ə.Qarayev bu kimi addımların ölkədə turizmin inkişafına təkan verəcəyini söylədi: «Ötən il Azərbaycanda turizm sahəsinin artım tempi 14% olub. Ötənilki artım templərini nəzərə alsaq, bu il sözügedən sektorda artım tempinin 10-15% olacağı gözlənilir».

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar