Aprelin 11-də Bakıda Ukraynanın Krım Muxtar Respublikasının turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib. Tədbirdə çıxış edən Krımın kurortlar və turizm nazirinin müavini Nikolay Marinov bölgənin turizm imkanları haqqında iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən 7 milyona yaxın insan öz istirahətini keçirmək üçün Krıma gəlir. Nazir müavini azərbaycanlı turistlərin də bu sayın içərisində əhəmiyyətli rəqəm təşkil etməsini arzuladıqlarını bildirib: «Krım ərazisində 3,5 min hotel, pansionat və sanatoriya fəaliyyət göstərir, hər il 100-ə yaxın tibbi-kurortoloji texnologiya tətbiq olunur, yolların təkmilləşdirilməsi üzrə aktiv işlər aparılır. Krımın Kurortlar və Turizm Nazirliyi Bakını prioritet tərəfdaş regionlardan sayır. Ona görə də Bakıdan olan turistlərin tələbatına uyğun olaraq xüsusi tibbi proqramlar və turist ekskursiyaları təşkil etməyə hazırıq».
Fəxriyyə