Respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Pərviz Fərhadov “İthaf” adlı solo klip ərsəyə gətirib.

Musiqi layihəsi Prezident İlham Əliyevin sərəncamı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi münasibətilə hazırlanıb, ümummilli liderin 100 illik yubileyinə musiqi töhfəsidir.

İfaçı kompozisiyada SSRİ Xalq artisti Müslüm Maqomayevin, bəstəkarlar Sevil Əliyeva və Kamalın yaradıcılığına müraciət edib. 

Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzində lentə alınan klipdə Ulu Öndərin sənətə, musiqiyə diqqət və sevgisinin yer aldığı tarixi kadrlar əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasında müəllim işləyən Pərviz Fərhadov 2016-cı ildə TÜRKSOY-un nəzdində Xalq çalğı alətləri orkestrinin solistidir. İfaçı ölkəmizi Litva, Ukrayna, Türkiyə, Rusiya, İran, Macarıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Latviyada dövlət əhəmiyyətli tədbirlərdə və beynəlxalq festivallarda uğurla təmsil edib.

“İthaf” solo klipini bu linkdə izləmək olar: https://www.youtube.com/watch?v=u3aJmYpiKFs

Lalə