İspaniyanın populyar "Trabalibros" ədəbiyyat portalında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində tanınmış şair, publisist Şahmar Əkbərzadənin (1941-2000) ispan dilinə tərcümə edilmiş "Ayırar bu dünya bizi nə vaxtsa" və "Özün özgənin" şeirləri dərc olunub.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi ADTM-in ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru ispaniyalı filoloq alim Eva Kontrerasdır.