Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Rəşad Əliyev “Şuşa İli” çərçivəsində Sumqayıt Dövlət Rəsm Qalereyasında rəssamlarla görüş keçirib. Görüşdə rəssamların il ərzində təşkil olunan sərgilərdə aktiv iştirak etdiyi bildirilib. İdarənin rəisi rəssamlara təşəkkür edib, yaradıcılıq uğurları arzulayıb.

***

İsmayıllı RMİ Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Şuşanın tarixi abidələri dünən və bu gün” adlı tədbir keçirilib. Çıxış edənlər dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışıblar. Məktəblilər vətənpərvər ruhlu şeirlər söyləyiblər. Şuşanın memarlıq abidələri haqqında videomaterial nümayiş olunub.

***

Xaçmaz RMİ Siyəzən Rayon Heydər Əliyev Mərkəzi və Siyəzən Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa – əzəli torpağımız!” adlı sərgi təşkil edilib.

***

Kürdəmir RMİ Beyləqan rayon mədəniyyət müəssisələrinin və Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə “Şuşa mədəniyyətinin inciləri” adlı tədbir keçirilib. İdarə rəisi Faiq Xudanlı Şuşada aparılan quruculuq işlərindən, mədəni həyatın çiçəklənməsindən söz açıb. Rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının şagirdlərlə birgə hazırladığı musiqili ədəbi-bədii proqram təqdim olunub.

***

Şəmkir RMİ Daşkəsən Rayon Mədəniyyət Mərkəzi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “breyn-rinq” intellektual oyunu üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib.

N.Məmmədli