Gədəbəy rayonunun elektron turizm xəritəsi hazırlanır. Rayonun mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, xəritə Azərbaycan Turizm Universiteti və Almaniyanın YADE Universitetinin mütəxəssisləri tərəfindən hazırlanır. Proses sona çatdıqdan sonra xəritə internetdə yerləşdiriləcək. Elektron turizm xəritəsi rayonun turizm potensialı ilə yaxından tanış olmağa imkan verəcək. Burada rayonun istirahət mərkəzləri, tarixi abidələr və turizm marşrutları əksini tapacaq, gəzməli və görməli yerlər barədə məlumatlar yerləşdiriləcək.
Fəxriyyə Abdullayeva