Dünya Turizm Təşkilatının nümayəndə heyətinin üzvləri - təşkilatın “İpək Yolu” proqramı və sərgilər üzrə direktoru Alla Peresolova və “Qoşulmuş üzvlər” layihəsinin meneceri Dmitri İlyin Azərbaycan Turizm İnstitutunun qonağı olublar. Görüşdə ATİ-nin prorektoru Eldar Aslanov, Turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsrulla Nəsirli, kafedra müdiri Bahadur Bilalov, struktur rəhbərləri və tələbələr iştirak ediblər. 
   
   A.Peresolova Dünya Turizm Təşkilatının strateji inkişaf proqramından söz açaraq bildirib ki, qurumda 161 ölkə tam üzv, 80 ölkədən isə 400 turizm qurumu qoşulmuş üzv statusu daşıyır. Qonaq bildirib ki, dünya turizm bazarında ən yüksək pay Avropaya məxsusdur. Lakin son dövrlər turistlər seçimlərində Asiya və Sakit okean regionuna üstünlük verirlər. Mütəxəssislərin fikrincə, növbəti illərdə səyahət seçimində Şimal-Şərqi Asiya regionu mühüm mövqe tutacaq.
   “Qoşulmuş üzvlər” layihəsinin meneceri D.İlyin turizmin inkişafında dövlət və özəl sektor arasında tərəfdaş qismində iş birliyindən danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi struktura 400-ə yaxın təşkilat, o cümlədən aviaşirkətlər, hotel şəbəkələri daxildir. Görüşün sonunda A.Peresolova bildirib ki, İsveçrənin Lozanna Turizm Məktəbi yeni layihə ilə bağlı “İpək Yolu”nun 10 ölkəsi, o cümlədən Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Elə bu səbəbdən rəhbərlik etdiyi qurumun təkliflər paketində məhz ATİ-nin məlumat dəstəyinə xüsusi önəm verilir. O, bu istəyin gerçəkləşəcəyinə əminliyini bildirib.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar