Amerikalı Hotel Təhsili İnstitutunun (AHLEİ) nümayəndəsi, İCBET-in (Biznes təhsili və treninq üzrə beynəlxalq mərkəz) icraçı direktoru George Ubdelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva Azərbaycan Turizm İnstitutunda olub. Görüşdə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, institutun dekanı Nəsrulla Nəsirli, struktur rəhbərləri və müəllimlər iştirak ediblər.
   G.Ubdelohde AHLEİ-nin yaranma tarixi, fəaliyyəti və strateji məqsədlərindən söz açıb. Qurumun fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra dəyirmi masa keçirilib.
   Qonaq təmsil etdiyi qurumun iş mexanizminə əsasən, ATİ ilə əməkdaşlığa önəm verdiklərini, ali təhsil ocağında çalışan müəllimlər üçün nəzərdə tutulan dördgünlük kursların faydalılığına inandığını bildirib. Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, ATİ müəllimləri pedaqoji sahədə təhsil təlimlərini başa vurduqdan sonra öyrəndiklərini turizm sənayesində tətbiqinə dair imtahan verməklə bərabər, videoçəkilişlər hazırlamalıdırlar. Kursu uğurla bitirənlərə turizm təhsili təlimçisi sertifikatı verilir. Həmin sertifikat dörd il etibarlı sayılır.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar