İstanbulda “Beynəlxalq Uğur Hekayəsi Mükafatları 2022”nin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə iş dünyasından media və incəsənətə qədər bir çox sahələr üzrə müxtəlif nominasiyalarda mükafatlar təqdim edilib.

Azərbaycanın Xalq artisti Əlixan Səmədov “İlin ən yaxşı balaban ustası” nominasiyası üzrə təltif olunub.

Bu mükafata layiq görüldüyü üçün təşkilatçılara minnətdarlıq edən məşhur ifaçı bundan sonra da qardaş ölkədə ifaçılıq fəaliyyətini uğurla davam etdirmək niyyətində olduğunu bildirib.

 “RM'C PMU MASTER” tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və digər sahələr üzrə məşhur simaları qatılıb.

İlona