Ötən il ölkəmizdə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 2010-cu illə müqayisədə 8,3 faiz artaraq 114,7 milyon manata çatıb.
   Dövlət Statistika Komitəsinin məlumatına görə, gəlirlərin 76,5 faizi nömrələrin satışından, 15,8 faizi qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
   Ötən il Azərbaycandakı mehmanxana və mehmanxana tipli müəssisələrdə 258 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onlar əsasən Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, ABŞ, Fransa, Çin, Qazaxıstan, Gürcüstan və İtaliya vətəndaşlarıdır. Mehmanxanalarda gecələyən əcnəbilərin 78,9 faizi turizm məqsədilə ölkəmizə gəlib. Ötən il ərzində ölkədə 508 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu müəssisələrdə nömrələrin (otaqların) sayı 14,8 min vahid, birdəfəlik tutum isə 32 min carpayı-yer olub. Nömrələrin 17,9 faizi lüks, 40,3 faizi birinci dərəcəli, 41,8 faizi isə turist dərəcəlidir.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar