Aprelin 19-20-də Bakı Turizm Peşə Məktəbində aşpaz-qənnadçı, satıcı-nəzarətçi kassir ixtisasları üzrə peşə təhsili alan şagirdlər sınaq imtahanlarını veriblər. Məktəbin tədris-istehsalat işləri üzrə direktor müavini Camalətdin Axundovun qəzetimizə verdiyi məlumata görə, 2009-cu ildə məktəbə qəbul edilən 183 nəfərdən 111-i oğlandır: «Qanuna görə, onlar aprelin 27-nə qədər imtahanlarını verib attestatlarını almalıdırlar. Çünki oğlanların hərbi xidmətinin vaxtı çatıb. İmtahan verən 111 şagirdin 105 nəfəri 3 illik, 6 nəfəri isə 2 illik təhsili başa vurub. Bu həftə ərzində onlar dövlət buraxılış imtahanlarını da yekunlaşdıracaqlar. Bu istiqamətdə onlar birinci imtahanı fevralda veriblər. Hazırda bu ixtisaslar üzrə məktəbdə 183 nəfər şagird təhsil alır. Qalan 72 şagird isə yayda sınaq imtahanlarını verəcək».
   Camalətdin Axundov onu da bildirdi ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, növbəti tədris ilindən Bakı Turizm Peşə Məktəbində mərkəzləşdirilmiş test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar