Cəmi 178 milyard dolları var

 

İlon Mask  elektrikli avtomobil şirkəti “Tesla”dakı səhmlərinin dəyərinin kəskin azalmasından sonra artıq dünyanın ən varlı adamı deyil.

“Forbes” və “Bloomberg”in hesabatına görə, lüks məhsullar şirkəti olan LVMH-nın baş icraçı direktoru fransız Bernar Arno (Bernard Arnault) Maskı geridə qoyub. Mask “Tesla”nın baş icraçı direktoru və təxminən 14 faiz səhm payına sahibdir. O, oktyabr ayında “Twitter” sosial şəbəkəsini 44 milyard dollara satın alıb. “Forbes”ə görə, İlon Mask hazırda təxminən 178 milyard dollar, Bernar Arno isə 188 milyard dollar sərvətə malikdir.

Bu arada İlon Maskın “Tesla”dakı payının bir hissəsini təxminən 3,6 milyard dollara satdığı bildirilir. Məlumata görə, dekabrın 12-dən 14-dək Mask 22 milyon səhm satıb. Qiymət 1 səhm üçün 156-176 dollar arasında dəyişib.

Noyabrın əvvəlindən birjada “Tesla”nın qiymətli kağızlarının qiyməti əhəmiyyətli dərəcədə azalıb - 1 səhm üçün 227 dollardan 156 dollara düşüb. İnvestorlar ehtiyat edirlər ki, “Twitter”i alandan sonra Mask elektromobillər sahəsində biznesə kifayət qədər diqqət yetirmir.

İlona