Şəki Dövlət Dram Teatrı teatrsevərlərə müasir yazar Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” tarixi dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşasını təqdim edəcək. Tamaşa üzərində məşqlər artıq başa çatıb və dekabrın 17-də premyera olacaq.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova bildirib ki, yeni səhnə əsərinin quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Sərdar Fərəcovdur. Geyim üzrə rəssam Günel Məmmədli, rəqslərin quruluşçusu Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Aydın Əlibalayev və başqaları ifa edirlər.