Bu il dünya tarixində ilk dəfə olaraq beynəlxalq turistlərin sayının 1 milyard nəfəri keçəcəyi gözlənilir. Dünya Turizm Təşkilatının regional direktoru Karlos Voqelerin verdiyi məlumata görə, beynəlxalq turizm proqnozlaşdırılan rekordu artıq bu ilin payızında vuracaq və bununla da bu göstərici ötən ilə nisbətən 4% artacaq. Ötən il beynəlxalq turistlərin sayı 980 milyon nəfər olub.
Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünya üzrə turistlərin sayı 1,4 milyarda çatacaq. Hazırda dünyada ən populyar turizm istiqamətləri Fransa, ABŞ və Çindir. Təşkilatın statistikasına görə, dünya ÜDM-in 5%-i, ixracın isə 6%-i turizm sektorunun payına düşür. İnkişaf etmiş və inkişafda olan ölkələrdə hər 12-ci işçi məhz turizm sahəsində çalışır.
Fəxriyyə Abdullayeva