Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Kürdəmir Rayon Mərkəzi Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Zahirə Cabirin Qarabağ tarixinə həsr olunmuş “Əvvəl zaman içində” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı açaraq “Şuşa İli”nə həsr olunmuş kitabın uşaqlar üçün dəyərli bir töhfə olduğunu qeyd etdi.

Sonra müəllif kitab haqqında ətraflı məlumat verdi: “Qarabağın azadlığı mənim arzularımın zirvəsi idi və şükür ki bu arzuma çatdım. Kitabı yazmaqda məqsədim uşaqların ölkəmizin, onun ayrılmaz hissəsi Qarabağın tarixini bilsinlər”.

Tədbir iştirakçılarından İmişli rayon MKS-nin direktoru Hürü Şirinova, Beyləqan MKS-nin direktoru Gültəkin Məmmədova, Kürdəmir MKS-nin direktoru İradə Mahmudova və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər.

Sonda Kürdəmir Rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin oxucuları tərəfindən “Əvvəl zaman içində” kitabından nağılları səsləndirdilər.

Məryəm Əliyeva
Kürdəmir rayon MKS Metodika biblioqrafiya şöbəsinin baş biblioqrafı