Mayın 9-10-da Gürcüstanın Batumi şəhərində keçirilmiş Dünya Turizm Təşkilatı Avropa Regional Komissiyasının 54-cü iclası və “Dünyada turizm məkanlarının brendləşdirilməsi” adlı seminarda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova iştirak edib. İclasda DTT-nin baş katibi Taleb Rifai iclasda çıxış edərək, 2011-ci il üçün beynəlxalq turizmə dair məlumat, 2012-ci il üçün perspektivlər, bu il Avropada keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. DTT-nin Avropa Regional Komissiyasının 55-ci iclasının Türkiyənin İzmir şəhərində keçirilməsi qərara alınıb. “Dünyada turizm məkanlarının brendləşdirilməsi” adlı seminarda isə mütəxəssislər tərəfindən mövzuya dair təqdimatlar göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar