Qobustan Milli Tarix-Bədii Qoruğu 3-5 may 2023-cü il tarixlərində keçiriləcək "Heritage İstanbul" – Beynəlxalq "Qoruma, bərpa, arxeologiya, muzeyşünaslıq və texnologiyalar" sərgisində təmsil olunacaq.

Bu barədə qoruğun direktoru Vüqar İsayevin İstanbula işgüzar səfəri zamanı müzakirə aparılıb.

Səfər zamanı beynəlxalq sərginin keçiriləcəyi expo mərkəzinin rəhbərliyi ilə görüş keçirib. Qobustan Milli Tarix-Bədii Qoruğunun sərgidə iştirakı barədə razılıq əldə edilib, qarışlıqlı münasibətlər mövzusunda  müzakirələr aparılıb, Qobustan abidələri üçün təqdimat məkanı müəyyən olunub.

Qeyd edək ki, mədəni irs nümunələrinin təbliği, qorunması, bu məqsədlə müxtəlif məhsul, xidmət və texnologiyaların yaradılmasını və inkişafını hədəf seçən sərgi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunacaq. "Heritage İstanbul" – Beynəlxalq "Qoruma, bərpa, arxeologiya, muzeyşünaslıq və texnologiyalar" sərgisində 15-ə yaxın ölkənin təşkilat, şirkət və qurumlarının iştirakı gözlənilir.