Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına və aidiyyəti qurumların həmin ərazilərdə monitorinqinə imkan verilməməsinə etiraz olaraq QHT təmsilçilərinin 2022-ci il dekabrın 12-də Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində başladıqları dinc aksiya davam edir.

İctimai fəallar və könüllülərin də qoşulduğu dinc aksiya yanvarın 3-də 23-cü gününü tamamlayıb. Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobillərinin Laçın-Xankəndi yolu maneəsiz hərəkət edirlər.

Yanvarın 3-də səhər saatlarında Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus 5 təminat və 1 minik maşını keçib.