Yeni ildən Qırğızıstanda artistlərə fonoqramla oxumaq qadağan edilib. Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov bununla bağlı əmr imzalayıb.

2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.

Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə şamil edilir.

V.Kamal