Dünyanın müxtəlif ölkələrində ümumilikdə 24 universitetdə Azərbaycan multikulturalizmi fənni magistratura pilləsində tədris olunur.

Bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilir.

BBMM tərəfindən 2015-ci ildən həyata keçirilən layihə çərçivəsində hazırda Azərbaycan multikulturalizmi fənni Bolqarıstan, Rusiya, Çexiya, Litva, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya və Braziliyanın universitetlərində magistratura pilləsində tədris edilib. 2022-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti – Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti – Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, Taras Şevçenko adına Kiyev Milli Universiteti – Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti – Yaponiya, Gadjah Mada Universiteti – İndoneziya, Pekin Xarici Dillər Universiteti – Çin, Paraiba Federal Universiteti – Braziliya, Vroçlav Universiteti – Polşa, Erciyəs Universiteti – Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib.

***

2022-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini və tarixini əks etdirən on sənədli film hazırlanıb, televiziya və sosial şəbəkələr vasitəsilə yayılıb.

Mərkəzin Azərbaycan multikulturalizmi ilə bağlı müxtəlif dillərdə məqalələri ABŞ, Türkiyə, Belçika, Almaniya, Türkmənistan, Pakistan, Rumıniya, İsrail, Ukrayna, İraq, Mərakeş, Küveyt, İordaniya və Misirin xəbər portallarında dərc edilib.