Yanvarın 11-dən 15-dək Bakıda “Pasaj-1901” sərgi salonunda Turan Kitab Festivalı keçiriləcək. Festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, DOST Agentliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşacaq.

Bu barədə məlumat verən Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuq Karakılıç qeyd edib ki, festivalda Türkiyədən yazarların da iştirakı nəzərdə tutulur. Festival günlərində kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

“Görüşlər, diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, – deyə o bildirib.